"Makkabi"nin məşqçisi: "Nəticə önəmli idi"

"Makkabi"nin məşqçisi: "Nəticə önəmli idi" "Qarabağ"ın ciddi komanda olduğunu bilirdik. Kompakt və taktiki cəhətdən düzgün oynamalı və əldə etdiyimiz imkanlardan yararlanmalı idik".
Futbol
23 Oktyabr , 2020 01:39
Makkabinin məşqçisi: Nəticə önəmli idi
Makis Anqrlinas

"Qarabağ"ın ciddi komanda olduğunu bilirdik. Kompakt, taktiki cəhətdən düzgün oynamalı və əldə etdiyimiz imkanlardan yararlanmalı idik".

"Report"un məlumatına görə, bu fikirləri İsrailin "Makkabi" komandasının məşqçisi Makis Anqrlinas Avropa Liqasının qrup mərhələsinin birinci turunda Təl-Əvivdə "Qarabağ"ı 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis bildirib ki, komanda ən yaxşı oyununu göstərməyib: "Lakin nəticə önəmli idi. Oyunçuların uyğunlaşması üçün çalışdıq. Onlar meydanda yaxşı iş gördülər".

Qeyd edək ki, "Makkabi"nin baş məşqçisi Yorqos Donis cəzalı olduğu üçün texniki zonada əyləşə və mətbuat konfransına qatıla bilməyib.

Son xəbərlər

Orphus sistemi