"Makkabi"nin legioneri "Qarabağ"la oyunu buraxacaq

"Makkabi"nin legioneri "Qarabağ"la oyunu buraxacaq Səbəb serbiyalı yarımmüdafiəçinin hələ də yerli federasiyada qeydiyyatdan keçirilməməsidir
Futbol
1554
13 Oktyabr , 2020 13:05
Makkabinin legioneri Qarabağla oyunu buraxacaq

İsrailin "Makkabi" (Tel-Əviv) klubunun futbolçusu Uroş Nikoliç UEFA Avropa Liqasının qrup mərhələsində ilk turun "Qarabağ"la ev oyununda meydana çıxa bilməyəcək.

"Report" "One" nəşrinə istinadən xəbər verir ki, səbəb serbiyalı yarımmüdafiəçinin hələ də yerli federasiyada qeydiyyatdan keçirilməməsidir.

27 yaşlı oyunçunun adı UEFA-ya təqdim olunan sifariş ərizəsinə də salınmayıb.

Qeyd edək ki, oktyabrın 22-də keçiriləcək "Makkabi" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 21:55-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi