"Makkabi"nin hücumçusu: "Əsas oyunumuzu "Qarabağ"a qarşı keçirəcəyik"

"Makkabi"nin hücumçusu: "Əsas oyunumuzu "Qarabağ"a qarşı keçirəcəyik" "Bu, bizim əsas oyunumuz olacaq. Qələbə sayəsində xalımızı 10-a çatdıraraq növbəti mərhələ şansımızı artıracağıq"
Futbol
30 Noyabr , 2020 10:04
Makkabinin hücumçusu: Əsas oyunumuzu Qarabağa qarşı keçirəcəyik
Yonaten Kohen

"Bu mövsüm çempionatda ən yaxşı oyunumuzu keçirdik. Qələbə Avropa Liqasının qrup mərhələsində İspaniya "Vilyarreal"ı görüşdəki 1:1 hesablı heç-heçədən daha vacib idi".

"Report" "One" nəşrinə istinadən xəbər verir ki, bu fikirləri "Makkabi" (Təl-Əviv) komandasının futbolçusu Yonaten Kohen İsrail çempionatının VIII turunda Kfar-Saba “Hapoel”ini 3:0 hesabı ilə məğlub etdikləri matçdan sonra deyib.

24 yaşlı hücumçu Avropa Liqasının qrup mərhələsinin V turunda səfərdə "Qarabağ"a qarşı keçirəcəkləri matç barədə də danışıb: "Bu, bizim əsas oyunumuz olacaq. Qələbə sayəsində xalımızı 10-a çatdıraraq növbəti mərhələ şansımızı artıracağıq. Bu, bir çox oyunçumuz üçün böyük an ola bilər. "Qarabağ"la görüşdəki qələbə işin gözəl tərəfi olacaq".

Qeyd edək ki, dekabrın 3-də Türkiyənin İstanbul şəhərindəki “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək “Qarabağ” – “Makkabi” matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. Azərbaycan klubu ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir.

Son xəbərlər

Orphus sistemi