"Makkabi"nin baş məşqçisi: "Sabah" çox yaxşı komandadır

"Makkabi"nin baş məşqçisi: "Sabah" çox yaxşı komandadır "Sabah" çox yaxşı komandadır.
Futbol
1 avqust 2024 19:35
Makkabinin baş məşqçisi:  Sabah çox yaxşı komandadır

"Sabah" çox yaxşı komandadır.

"Report" xəbər verir ki, bunu "Makkabi"nin (Hayfa, İsrail) baş məşqçisi Barak Baxar UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Sabah"la cavab matçı sonrası mətbuat konfransında deyib.

44 yaşlı çalışdırıcı mübarizəni dayandırdıqları üçün məyus olduqlarını söyləyib:

"Bakıya qələbə qazanmaq üçün gəlmişdik. Rəqibi təbrik edirəm. Qarşılaşmanın taleyini dəyişmək istəsək də, bu alınmadı. Komandamın üzvləri sona qədər mübarizə apardılar. "Sabah" çox yaxşı komandadır".

Qeyd edək ki, Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində "Sabah" doğma meydanda "Makkabi"yə 3:6 hesabı ilə uduzub. İlk görüşdə Bakı komandası 3:0 hesabı ilə qələbə qazandığı üçün növbəti tura yüksələn komandanın adı penaltilər seriyasında bəlli olub. Burada daha dəqiq oynayan "bayquşlar" (3:2) III təsnifat mərhələsinə adlayıb.

Son xəbərlər

Orphus sistemi