"Makkabi"nin baş məşqçisi: "Neftçi"ni keçib tarixə düşməliyik"

"Makkabi"nin baş məşqçisi: "Neftçi"ni keçib tarixə düşməliyik" "Rəqibin evdəki kimi yaxşı oynayacağına şübhə etmirəm. Müdafiədəki oyunumuzu daha da təkmilləşdirməliyik".
Futbol
25 Avqust , 2021 19:00
Makkabinin baş məşqçisi: Neftçini keçib tarixə düşməliyik

"Rəqibin evdəki kimi yaxşı oynayacağına şübhə etmirəm. Müdafiədəki oyunumuzu daha da təkmilləşdirməliyik".

"Report"un İsrailə ezam olunmuş əməkdaşının məlumatına görə, bunu İsrailin "Makkabi" (Hayfa) klubunun baş məşqçisi Barak Baxar evdə "Neftçi"yə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu öncəsi mətbuat konfransında deyib.

42 yaşlı mütəxəssis bildirib ki, komandada hər kəs matçın önəmini dərk edir: "Uğurlu nəticə qazanmalı və tarixə düşməliyik. Hər an oynamağa hazır olan 8 müdafiəçimiz var. Bu və ya digər səbəbdən məcburi rotasiya etdikdə səhvlər qaçılmaz olur. Amma bu, daha çox müdafiə xətti ilə bağlıdır".

Onun sözlərinə görə, müdafiədə "Hapoel" (Təl-Əviv) komandasın qarşı oynadıqları kimi çıxış etməlidirlər: "İsraildə rəqib komandaları qiymətləmndirməmək adətdir. Hədəfimiz birinci matçın ilk hissəsindəki oyunumuzun müddətini daha da artırmaqdır. Məsələni 90 dəqiqədə həll etmək istəyirik".

Qeyd edək ki, avqustun 26-da "Sammi Ofer" stadionunda keçiriləcək "Makkabi" - "Neftçi" görüşü Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. İlk qarşılaşmada heç-heçə qeydə alınıb - 3:3.

Son xəbərlər

Orphus sistemi