"Makkabi"nin baş məşqçi "Qarabağ"la görüşdə texniki zonada olmayacaq

"Makkabi"nin baş məşqçi "Qarabağ"la görüşdə texniki zonada olmayacaq İsrailin "Makkabi" (Təl-Əviv) komandasının baş məşqçisi Yorqos Donis Avropa Liqasının qrup mərhələsində ilk turun "Qarabağ"a qarşı matçında texniki zonada əyləşə bilməyəcək
Futbol
583
20 Oktyabr , 2020 14:36
Makkabinin baş məşqçi Qarabağla görüşdə texniki zonada olmayacaq
Yorqos Donis 
0 : 00
0 : 00

İsrailin "Makkabi" (Təl-Əviv) komandasının baş məşqçisi Yorqos Donis Avropa Liqasının qrup mərhələsində ilk turun "Qarabağ"a qarşı matçında texniki zonada əyləşə bilməyəcək.

"Report"un məlumatına görə, səbəb 51 yaşlı mütəxəssisin cəzalı olmasıdır. Yunanıstanlı baş məşqçi Avstriyada "Zaltsburq"a 1:3 (ilk görüş - 1:2) hesabı ilə uduzduqları Çempionlar Liqasının pley-off mərhələsinin cavab görüşündə texniki zonadan qovulub.

Donis "Qarabağ"la matçı tribunadan izləməli olacaq.

Qeyd edək ki, oktyabrın 22-də "Blumfild" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi