Makedoniya yığmasının futbolçusu: “Azərbaycan millisinin hücum futbolu sərgiləməsi işimizi asanlaşdıracaq”

Makedoniya yığmasının futbolçusu: “Azərbaycan millisinin hücum futbolu sərgiləməsi işimizi asanlaşdıracaq” Bakı. 27 mart. REPORT.AZ/ “Azərbaycanla görüşdə müsbət nəticə əldə edə bilərik. Bu, Millətlər Liqasına hazırlıq baxımından komandamız müsbət təsir edəcək”.
Futbol
27 Mart , 2018 12:15
Makedoniya yığmasının futbolçusu: “Azərbaycan millisinin hücum futbolu sərgiləməsi işimizi asanlaşdıracaq”

Bakı. 27 mart. REPORT.AZ/ “Azərbaycanla görüşdə müsbət nəticə əldə edə bilərik. Bu, Millətlər Liqasına hazırlıq baxımından komandamız müsbət təsir edəcək”.

“Report”un məlumatına görə, bunu Makedoniya yığmasının futbolçusu Enis Bardi Azərbaycan millisinə qarşı keçirəcəkləri yoldaşlıq oyunu barədə danışarkən deyib. İspaniyanın “Levante” klubunun formasını geyinən 23 yaşlı cinah hücumçusu bu gün Türkiyənin Antalya bölgəsində baş tutacaq oyunun onlar üçün əhəmiyyətli olduğunu söyləyib: “Doğru yolda olduğumuzu düşünürəm. Finladiya ilə qolsuz heç-heçə ilə nəticələnmiş matçda əla oynadıq. Lakin rəqib yaxşı müdafiə olunaraq, qol vurmağımıza imkan vermədi. İndi isə hücum futbolu sərgiləyən komandaya qarşı oynayacağıq. Fikrimcə, bu, hücumdakı işimizi asanlaşdıracaq. Qalib gələcəyimizə ümid edirəm. Bu nəticə Millətlər Liqasındakı çıxışımıza da müsbət təsir göstərəcək. Allah eləsin, bu turnir vasitəsi ilə Avropa çempionatına vəsiqə qazanaq”.

Qeyd edək ki, “Mardan” stadionunda keçiriləcək Azərbaycan – Makedoniya oyunu Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Son xəbərlər

Orphus sistemi