Azərbaycan yığmasının baş məşqçisinin FİFA-nın "Qızıl top" mükafatı üçün seçimi açıqlanıb

Azərbaycan yığmasının baş məşqçisinin FİFA-nın "Qızıl top" mükafatı üçün seçimi açıqlanıb O, Anxel di Mariyanı və Kriştiano Ronaldunu da seçib
Futbol
118
29 Dekabr , 2014 13:08
Azərbaycan yığmasının baş məşqçisinin FİFA-nın Qızıl top mükafatı üçün seçimi açıqlanıb

Bakı. 29 dekabr. REPORT.AZ/ Azərbaycan milli komandasının köməkçi məşqçisi Mahmud Qurbanovun dünyanın ən yaxşı futbolçusu adına namizədləri müəyyənləşib. Bu barədə 41 yaşlı mütəxəssis "Report"a eksklüziv açıqlama verib. 

M.Qurbanov 2014-cü ilin yekunlarına əsasən, "Qızıl top"u ("Ballon d'Or") almağa əsas namizəd qismində Almaniyanın "Bavariya" klubunun hollandiyalı yarımmüdafiəçisi Aryen Robbeni gördüyünü bildirib. O, yayda İspaniya "Real Madrid"indən İngiltərə "Mançester Yunayted"inə transfer olmuş argentinalı orta sahə oyunçusu Anxel di Mariyanı ikinci, "kral klubu"nun portuqaliyalı hücumçusu Kriştianu Ronaldunu isə üçüncü sırada göstərdiyini bəyan edib. 

Qeyd edək ki, FİFA-nın sorğusu göndərilən zaman Azərbaycan millisinin baş məşqçi postu boş olduğu üçün onu Mahmud Qurbanov cavablandırıb. Hazırda finalçılar sırasında Kriştianu Ronaldu, Lionel Messi və Manuel Noyer yer alıb. "Qızıl top"un sahibi 2015-ci il yanvarın 12-də açıqlanacaq. 

Son xəbərlər

Orphus sistemi