Mahmud Qurbanov: "İndiki futbolçular robotdur, proqramlaşdırırsan, çıxıb oynayırlar"

Mahmud Qurbanov: "İndiki futbolçular robotdur, proqramlaşdırırsan, çıxıb oynayırlar" İmkan tapan kimi oyun oynayırlar
Futbol
7 May , 2021 14:04
Mahmud Qurbanov: İndiki futbolçular robotdur, proqramlaşdırırsan, çıxıb oynayırlar

"İndi internet vaxtıdır. Hər şey çox asanlıqla əldə olunur. Futbolçular vaxtının çoxunu sosial şəbəkələrdə keçirir".

"Report"un məlumatına görə, bu fikirləri "Neftçi-2"nin baş məşqçisi Mahmud Qurbanov klub televiziyasına açıqlamasında Azərbaycanda yaxşı futbolçuların yetişməməsinin səbəbləri barədə danışarkən deyib.

48 yaşlı mütəxəssis bildirib ki, onlar vaxtlarının çox hissəsini telefon və kompüter oyunlarına sərf edirlər: "İmkan tapan kimi oyun oynayırlar. Buna qarşı hər hansı qadağalarımız yoxdur. Çünki buna nəzarət edə bilmirik, oyundan, məşqdən sonra hərə öz evinə gedir. Uşaqlar vaxtının çoxunu boş işlərə xərcləyirlər. İndiki futbolçuların çoxu robotdur. Proqramlaşdırırsan, çıxıb oynayırlar".

Qurbanovun sözlərinə görə, futbolçuların özlərində də yaradıcılıq olmalıdır: "Şükürlər olsun ki, bizim oyunçularda kreativlik var. Robot deyillər. Meydanda fərqlilik edirlər. Özlərinə də demişəm ki, hər şey öz əlinizdədir. Meydanda əlinizdən gələnin ən yaxşısını etməlisiniz. Robot kimi qaçmaq lazım deyil. Bu baxımdan bizdə problem yoxdur".

Qeyd edək ki, "Neftçi-2" I Divizionda sona 2 tur qalmış çempionluğu təmin edib.

Son xəbərlər

Orphus sistemi