Mahir Şükürovun ardından "Karşıyaka" baş məşqçisi ilə də vidalaşıb

Mahir Şükürovun ardından "Karşıyaka" baş məşqçisi ilə də vidalaşıb Ayhan Akman uğursuz nəticələrlə əlaqədar komandadan ayrılıb
Futbol
20 Aprel , 2015 11:32
Mahir Şükürovun ardından Karşıyaka baş məşqçisi ilə də vidalaşıb

Bakı. 20 aprel. REPORT.AZ/ Azərbaycan milli komandasının futbolçusu Mahir Şükürovla yollarını yenicə ayıran Türkiyənin "Karşıyaka" klubu baş məşqçisi Ayhan Akmanla da vidalaşıb. "Report"un məlumatına görə, A.Akman I Liqada XXVIII turun açılış matçında "Altınordu"ya 0:5 hesablı məğlubiyyətdən sonra klub rəsmiləri ilə görüşərək, uğursuz nəticələrlə əlaqədar komandadan ayrılmaq istədiyini söyləyib.

Rəhbərlik isə gənc mütəxəssislə 2016-cı ilin mayınadək qüvvədə olan müqaviləni pozmağa razı olub.

Qeyd edək ki, "Karşıyaka" mövsümə Yusuf Şimşəklə başlayıb. Lakin Şimşək qışda "Antalyaspor"a yollandığından, baş məşqçi vəzifəsi Ayhan Akmana həvalə olunub. "Karşıyaka" Akmanın rəhbərliyi altında çıxış etdiyi 7 matçda 4 qələbə, 3 məğlubiyyət alıb. İzmir komandası mövsümün sonuna 6 tur qalmış "play-off" səddindəki "Şanlıurfaspor"dan 4 xal geridə - 8-ci pillədə yer alıb. Bu komandada mövsümün əvvəlindən çıxış edən Mahir Şükürov isə "Karşıyaka" ilə müqaviləsini ötən həftə pozub. 

Son xəbərlər

Orphus sistemi