Mahir Məmmədov: "Qurban Qurbanovun Azərbaycan millisinə baş məşqçi təyinatı məsələnin ən asan həll yoludur" - MÜSAHİBƏ

Mahir Məmmədov: "Qurban Qurbanovun Azərbaycan millisinə baş məşqçi təyinatı məsələnin ən asan həll yoludur" - MÜSAHİBƏ "Belə bir qərarın nəticələri ciddi götür-qoy edilməlidir"
Futbol
1 Noyabr , 2017 16:04
Mahir Məmmədov: Qurban Qurbanovun Azərbaycan millisinə baş məşqçi təyinatı məsələnin ən asan həll yoludur - MÜSAHİBƏ

Bakı. 1 noyabr. REPORT.AZ/ AFFA İcraiyyə Komitəsinin üzvü Mahir Məmmədovun "Report"a müsahibəsi


- "Qarabağ"ın İspaniyada "Atletiko" ilə Çempionlar Liqasının qrup mərhələsinin IV tur matçındakı çıxışını necə dəyərləndirirsiniz?

- Nə demək olar? "Qarabağ" Azərbaycanı super səviyyədə təmsil edən səfirimizdir. Bu komanda bizi həmişə sevindirir. Çox gözəl, Avropa səviyyəli oyun nümayiş etdirir. Həddən artıq sevindirici haldır ki, belə klubumuz var.

- "Qarabağ" qrup mərhələsində 2-ci xalını qazandı. Bu nəticədən sonra Azərbaycan klubu, sizcə, ən azı qrup 3-sü kimi Avropa Liqasının 1/16 finalına vəsiqə qazana bilər?

- Dəqiq fikir bildirmək çətindir. Qrupdan çıxmaq bir çox amildən asılıdır. Onu deyə bilərəm ki, "Qarabağ" çox yüksək səviyyəli oyunu ilə məni həm təəccübləndirir, həm də sevindirir.

- Azərbaycan Premyer Liqasında elə də güclü rəqabətin olmadığı bir şəraitdə "Qarabağ"ın hazırkı səviyyəyə çatması hansı amillərin sayəsində mümkün olub?

- Klub rəhbərliyi, baş məşqçi və düzgün seleksiya sayəsində. Bunlar az şey deyil.

- Belə nailiyyətlərdən sonra əksəriyyət Qurban Qurbanovun Azərbaycan millisinə baş məşqçi təyin olunmasının vacibliyinə dair fikirlər səsləndirir...

- Bu sözlərdə, bu məntiqdə müəyyən həqiqət var. Bu, məsələnin ən üzdə olan, ən asan həll yoludur. Məncə, çox ciddi götür-qoy etmək lazımdır.

- Noyabrın 3-də keçiriləcək AFFA İcraiyyə Komitəsinin iclasında başqa bir namizəd müzakirə olunacaqmı?

- Xeyr, məndə başqası barədə məlumat yoxdur.

- Qurban Qurbanovla bağlı məsələdə onun həm klub, həm də yığmada çalışmasının çətinliyi önə çəkilir. Bəs siz hansı variantı təklif edirsiniz?

- Bir daha deyirəm: Bu, ən asan, ən üzdə olan qərardır. Məncə, belə bir qərarın nəticələri ciddi götür-qoy edilməlidir.

- Siz Qurbanovun həm klubda, həm də yığmada çalışmasını istərdiniz?

- Mənim istəyib-istəməməyim başqa məsələdir. Dünyada belə bir praktika var, dəfələrlə olub. Sadəcə, belə praktikaların statistikalarını, səbəb və nəticələrini ciddi araşdırmaq, ciddi fikirləşmək lazımdır.

- Sizcə, noyabrın 3-də Azərbaycan millisinin baş məşqçi məsələsi ilə bağlı qərar qəbul oluna bilər, yoxsa məsələ ilin sonunadək uzanacaq?

- Deyə bilmərəm.

Son xəbərlər

Orphus sistemi