Mahir Məmmədov: "Yerli baş məşqçilərin digərləri bir nəfərin səviyyəsinə çatmır"

Mahir Məmmədov: "Yerli baş məşqçilərin digərləri bir nəfərin səviyyəsinə çatmır" AFFA İcraiyyə Komitəsinin üzvü Mahir Məmmədovun "Report"a müsahibəsi
Futbol
284
2 Dekabr , 2021 15:06
Mahir Məmmədov: Yerli baş məşqçilərin digərləri bir nəfərin səviyyəsinə çatmır

AFFA İcraiyyə Komitəsinin üzvü Mahir Məmmədovun "Report"a müsahibəsi

- AFFA İcraiyyə Komitəsi baş məşqçi Canni De Byazinin postunda qalmasına qərar verib. Bu barədə nə deyə bilərsiniz? Bu qərar verilərkən əsas hansı amillərə üstünlük verilib?

- Ən asas amillərdən biri odur ki, Canni De Byazi çox asan olmayan dövr ərzində Azərbaycan yığmasına rəhbərlik etməyə razılıq verib. Azərbaycan millisinə rəhbərlik etmək istəyənlərin uzun siyahısı yox idi. İtaliyalı mütəxəssis 15 ay ərzində həmişə Azərbaycanda oldu. Bizim futbolçuları çox gözəl tanıyır. Hətta bir sıra məsuliyyətli qərarlar qəbul edib. Nəsildəyişmə prosesinə qədəm qoydu. Bu prosesin davamını və sona çatdırılmasının zərurətini görürük. Prosesi başlayan şəxsin sona çatdırmağı daha məqbul sayılır. De Byazinin əsas fəaliyyəti pandemiya dövrünə təsadüf edib. Bu dövrdə xəstəlik halları, tam həcmdə məşqlərin olmaması, çempionatların yeni bərpa olunması və azarkeşlərin buraxılmaması kimi ciddi səbəblər oldu. Bunlar uğur qazanmaq üçün obyektiv maneələr idi. Artıq De Byazi Azərbaycan millisinin ölkə daxilində və xaricində oynayan futbolçularını tanıyır. Biz belə hiss etdik ki, 14-15 ay baş məşqçi üçün kifayət etmir. Əlbəttə nəticələr arzulanan kimi deyil. Ancaq burada da obyektiv və subyektiv səbəblər var. Subyektiv səbəblər bir neçə matçın sonlarında qol buraxmaq, ehtiyac olmayan qırmızı vərəqələr almaqdır. Bunlar səbəb kimi göstəririlib. Biz qərara gəldik ki, onunla müqaviləni davam etdirək.

- Müqaviləyə əsasən, baş məşqçi Millətlər Liqasının qrup oyunlarında yığmanın sükanı arxasında olacaq...

- Bəli. Ondan sonra yekun qərar veriləcək. Qərara alınıb ki, o dekabrın 16-dək öz hazırlıq planını AFFA-ya təqdim etsin.

- Qərarlarda bir ay yazılıb.

- Ola bilər. Bəlkə də bir ay oldu.

- İcraiyyə Komitəsinin üzvləri yekdilliklə qərarı dəstəkləyib?

- Kimin necə səs verdiyini deyə bilmərəm. Əsasən, tam fikir yekdilliyi müşahidə olundu. Onun fəaliyyəti tənqidi nöqteyi nəzərindən araşdırıldı. Ancaq sonda yekdilliklə qərar verildi.

- İclasda yerli mütəxəssislərin namizədliyinə baxılmayıb?

- Özüm dedim ki, Azərbaycanda öz konsepsiyası, dəsti-xətti və fəlsəfəsi ilə seçilən 8 klubdan 7-də baş məşqçilər yerlilərdir. Seçilən bir mütəxəssis görmürüm, bilmirəm. Arif Əsədov Canni De Byazinin yanında işləyir. Bizim üçün müsbət amildir. Ancaq digərləri sırasında futbol fəlsəfəsi titanlarını müşahidə etmədim. Ölkəmizdə yetişmiş, püxtələşmiş bir mütəxəssis var. Onun da adını hamımız bilirik. Obyektiv olsaq, digərləri bir nəfər səviyyəsinə (Qurban Qurbanov - red) çata bilmir.

- Daha çox Rəşad Sadıqovun adı hallanırdı. Özü də demişdi ki, dəvət gəlsə, hazıram. Onu bu postda potensial namizəd kimi görürsünüz?

- Biz Rəşad Sadıqovu müzakirə etməmişik. Bu gün görmürəm.

- Canni De Byazi aşağı maaşa işləməyə razılaşıb?

- Bu gün onun məvacibinin artması və azalması məsələsinə baxmamışıq.

- Belə xəbərlər var ki, baş məşqçi maaşının azaldılması şərti ilə qalmağa razı olub.

- Bir daha təkrar edirəm. onun məvacibinin artması və azalması məsələsinə baxmamışıq.

- Futbolçuların hazırlıq səviyyəsi ilə bağlı nə düşünürsünüz? Millinin oyun üslubu və əmzkarlığı sizi qane edirmi?

- Mən də azarkeş kimi istəyirəm ki, yığmaya gələn hər şəxs burada oynamağı öz karyerasının ən yüksək səviyyəsi hiss etsin. Ona görə də millidə var gücünü, əzmkarlığını və bacarığını qoysun. Bu mənim istəyimdir. Əgər belə olmursa, böyük təəssüf hissi keçirirəm.

Son xəbərlər

Orphus sistemi