Mahir Məmmədov: "Azərbaycanın əsl gücünü Kiprlə görüşdə gördüm"

Mahir Məmmədov: "Azərbaycanın əsl gücünü Kiprlə görüşdə gördüm" "Cənubi Qafqazda ən güclü çempionat Azərbaycandadır"
Futbol
714
19 Noyabr , 2020 17:58
Mahir Məmmədov: Azərbaycanın əsl gücünü Kiprlə görüşdə gördüm
Mahir Məmmədov

"Yığmanın Millətlər Liqasındakı çıxışını normal qiymətləndirirəm. Komandanı nə çox tərifləməyə, nə də tənqid etməyə əsas var".

Bu fikirləri "Report"a açıqlamasında AFFA İcraiyyə Komitəsinin üzvü Mahir Məmmədov Azərbaycan yığmasının UEFA Millətlər Liqasındakı çıxışı barədə danışarkən deyib.

O, millinin əsl gücünün Kiprlə səfər oyununda bilindiyini söyləyib: "Həmin qarşılaşma çox xoşuma gəldi. Onu nümunəvi matç kimi görürəm. Həmin oyun göstərdi ki, milli o səviyyədə oynamaq iqtidarındadır. Mən Azərbaycanın əsl gücünü Kiprlə görüşdə gördüm. Ümumiyyətlə, qəribə bir dövr yaşayırıq. 2020 - pandemiya nöqteyi-nəzərindən tamamilə məntiqə sığmayan ildir. Yığma ev oyunlarını öz meydanında keçirə bilmir. Nə qədər ağlasığmaz zədələr olur. Oyunçuların çoxu koronavirusa yoluxur ki, bu da oyunların, hətta çempionatların məntiqi gedişini, inkişafını pozur. Ona görə də bu ili analiz ili kimi qiymətləndirmirəm. Bu bütün dünya futbolunun inkişafının məntiqi xəttindən çıxarılmış istisna il oldu. Millinin üzümüzə gələn ildə daha uğurlu çıxış edəcəyinə inam var".

M.Məmmədov Azərbaycan millisinin tənqidçilər tərəfindən Cənubi Qafqazın ən zəif yığması hesab olunması fikrinə də münasibət bildirib: "Ola bilər ki, nisbi, müqayisələr nöqteyi-nəzərindən yaxınlaşanda kimsə belə bir nəticə hasil etsin. Mən bu cür düşünmürəm. Cənubi Qafqazda ən güclü çempionat Azərbaycandadır. Elementar bir misal çəkim: Bir evdə müxtəlif ailələrdir. Hər hansı ailədə 4-5 nəfər koronavirusa yoluxur. Digərində isə heç biri bu problemlə üzləşmir. Halbuki bir-biriləri ilə təmasdadırlar. Ona görə də bu ilin nəticələrini əsas götürmürəm. Gəlin, pandemiyasız, belə fəsadlarsız 2021-ci ili gözləyək".

Qeyd edək ki, Azərbaycan yığması Millətlər Liqasının qrup mərhələsini 6 xalla 3-cü pillədə başa vurub və C Liqasındakı mövqeyini qoruyub.

Son xəbərlər

Orphus sistemi