Mahir Məmmədov: "Azərbaycan millisi Prosineçki üçün geniş platsdartmdır"

Mahir Məmmədov: "Azərbaycan millisi Prosineçki üçün geniş platsdartmdır" AFFA İcraiyyə Komitəsinin üzvü: "O, baş məşqçi kimi də bacarıqlı olduğunu sübuta yetirmək istəyir"
Futbol
1785
25 Noyabr , 2014 17:04
Mahir Məmmədov: Azərbaycan millisi Prosineçki üçün geniş platsdartmdır

Bakı. 25 noyabr. REPORT.AZ/ "Robert Prosineçkinin milli komandamızın baş məşqçisi postuna namizədliyinə münasibətim birmənalıdır". Bunu "Report"a açıqlamasında AFFA İcraiyyə Komitəsinin üzvü Mahir Məmmədov deyib.

O bildirib ki, R.Prosineçkinin Azərbaycan yığmasında çalışması hər iki tərəf üçün uğurlu olacaq: "R.Prosineçki çox gözəl futbolçu olub. Onun İspaniyanın "Real Madrid" və "Barselona" klublarında, eləcə də Xorvatiya yığmasındakı çıxışını çoxları böyük məmnunluqla xatırlayır. İndi də özünün baş məşqçi kimi də bacarıqlı olduğunu sübuta yetirmək istəyir. Bu mənada Azərbaycan millisi R.Prosineçki üçün geniş platsdartmdır".

Qeyd edək ki, hazırda Bakıda olan R.Prosineçki noyabrın 24-də Topaz Premyer Liqasının "Xəzər Lənkəran" - "Neftçi" matçını izləyib. 

Son xəbərlər

Orphus sistemi