Mahir Emreliyə 3 illik müqavilə, 450 min avro maaş

Mahir Emreliyə 3 illik müqavilə, 450 min avro maaş Bu barədə Polşada fəaliyyət göstərən ispaniyalı jurnalist Eugenio Qonsales Agilera tvitterdə yazıb
Futbol
21 May , 2021 15:10
Mahir Emreliyə 3 illik müqavilə, 450 min avro maaş
Mahir Emreli

"Qarabağ"dan ayrılan Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin Polşanın "Legiya" klubunda qazanacağı məbləğ və müqaviləsinin müddəti açıqlanıb.

"Report"un məlumatına görə, bu barədə Polşada fəaliyyət göstərən ispaniyalı jurnalist Eugenio Qonsales Agilera tvitterdə yazıb.

O, 24 yaşlı hücumçunun 3 illik müqavilə imzalayacağını və illik 450 min avro maaş alacağını bildirib.

Agilera bu keçidin qarşıdakı günlərdə rəsmən açıqlanacağını vurğulayıb.

Qeyd edək ki, Mahir Emreli 2015-ci ildən "Qarabağ"ın formasını geyinir. Onun Ağdam təmsilçisi ilə müqaviləsi başa çatıb. Forvard Premyer Liqada 18 qolla bombardirlik yarışında ikinci olub.

Son xəbərlər

Orphus sistemi