Mahir Emrelinin transfer qiyməti artıb

Mahir Emrelinin transfer qiyməti artıb Polşanın "Legiya" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin transfer qiyməti artıb.
Futbol
16 Oktyabr , 2021 11:14
Mahir Emrelinin transfer qiyməti artıb
Mahir Emreli

Polşanın "Legiya" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin transfer dəyərində dəyişiklik olub.

"Report" xəbər verir ki, bu barədə "Transfermarkt.ru" portalının rəsmi instaqram hesabı məlumat yayıb.

24 yaşlı hücumçunun qiyməti 2 milyon avroya çatıb. Beləliklə, forvard Polşa Ekstraklasasının ən dəyərli futbolçuları sırasında ilk “10-luğ”a girib. Emreli komanda yoldaşı Bartoş Slişlə 9-10-cu yerləri bölüşdürür.

Qeyd edək ki, Mahir Emreli "Legiya" ilə 3+1 illik müqavilə imzalayıb. Onun əvvəlki qiyməti 1 milyon avro olub.

Son xəbərlər

Orphus sistemi