Mahir Emrelinin komandası hücuma məruz qalıb, 89 nəfər saxlanılıb

Mahir Emrelinin komandası hücuma məruz qalıb, 89 nəfər saxlanılıb Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Zaqreb "Dinamo"sunun futbolçuları "Hayduk" klubuna qarşı Xorvatiya Liqasının XXVII tur oyunundan öncə xoşagəlməz hadisə ilə üzləşiblər.
Futbol
1812
13 Mart , 2022 12:14
Mahir Emrelinin komandası hücuma məruz qalıb, 89 nəfər saxlanılıb

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Zaqreb "Dinamo"sunun futbolçuları "Hayduk" klubuna qarşı Xorvatiya Liqasının XXVII tur oyunundan öncə xoşagəlməz hadisə ilə üzləşiblər.

"Report" xəbər verir ki, Split şəhərindəki derbinin startına bir neçə saat qalmış yerli azarkeşlər qonaq komandanın oyunçularını daşıyan avtobusa daşla hücum çəkiblər.

Eyni hadisə nəqliyyat vasitəsi matçın oynanıldığı "Polyud" stadionuna yaxınlaşdığı vaxt da təkrarlanıb. Avtobusun şüşələri qırılsa da, xoşbəxtlikdən xəsarət alan olmayıb.

Bundan başqa, yerli polis oyun vaxtı iğtişaş yaratmağa və ictimai asayişi pozmağa cəhd edən 89 nəfərin saxlanıldığını bildirib. Onlardan ümumilikdə 35 pirotexniki vasitə, 1 ədəd qaz tapançası və 154 ədəd patronu aşkar edərək götürülüb.

Prinsipial qarşılaşma qolsuz yekunlaşıb. Start heyətində yer alan Emreli 56-cı dəqiqədə əvəzlənərək, yerini komanda yoldaşı Marko Toliçə verib.

Xatırladaq ki, Mahir Emreli Polşa "Legiya"sından məhz azarkeşlərlə insidentə görə ayrılıb.

Son xəbərlər

Orphus sistemi