Mahir Emrelinin komandası Çempionlar Liqasına heç-heçə ilə başlayıb

Mahir Emrelinin komandası Çempionlar Liqasına heç-heçə ilə başlayıb UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinə start verilib. "Report"un məlumatına görə, ilk oyun günündə 7 qarşılaşma keçirilib.
Futbol
20 İyul , 2022 00:57
Mahir Emrelinin komandası Çempionlar Liqasına heç-heçə ilə başlayıb

UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinə start verilib. "Report"un məlumatına görə, ilk oyun günündə 7 qarşılaşma keçirilib.

"Qarabağ" Bakıda İsveçrə "Sürix"ini 3:2 hesabı ilə məğlub edib. Ermənistan "Pünik"i evdə Lüksemburq "Düdelanj"ına uduzub.

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Zaqreb "Dinamo"su Xorvatiyada Şimali Makedoniyanın "Şkupi" kollektivi ilə bacarmayıb - 2:2. 25 yaşlı forvard zədədən sonra bərpa prosesi keçdiyi üçün bu qarşılaşmada iştirak etməyib.

"Lüdoqorets" Bolqarıstanda İrlandiya "Şemrok Rovers"inə böyük hesabla qalib gəlib. "Midtüllann" Danimarkada Kiprin AEK (Larnaka) komandasının müqavimətini qıra bilməyib. Norveç "Budyo Qlimt"i isə Şimali İrlandiyada "Linfild"ə məğlub olub.

UEFA Çempionlar Liqası, III təsnifat mərhələsi

İlk oyunlar

20:00. "Qarabağ" (Azərbaycan) - "Sürix" (İsveçrə) - 3:2

Qollar: Kadi Borges, 17. İbrahima Vadji, 36; 66 - Lindrit Kamberi, 65

20:00. "Pünik" (Ermənistan) - "Düdelanj" (Lüksemburq) - 0:1

Qol: Samir Haci, 72 (penalti)

20:00. "Jalgiris" (Litva) - "Malmö" (İsveç) - 1:0

Qol: Fabyen Ureqa, 49

21:45. "Lüdoqorets" (Bolqarıstan) - "Şemrok Rovers" (İrlandiya) - 3:0

Qollar: Pyeros Sotiriu, 26; 35. İqor Tyaqo, 90+4

21:45. "Midtüllann" (Danimarka) - AEK (Larnaka, Kipr) - 1:1

Qollar: Erik Svyatçenko, 84 - Adam Dyurço, 81

22:45. "Linfild" (Şimali İrlandiya) - "Budyo Qlimt" (Norveç) - 1:0

Qol: Kirk Millar, 83

23:00. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Şkupi" (Şimali Makedoniya) - 2:2

Qollar: Ariyan Ademi, 44. Bruno Petkoviç, 86 - Putita, 25. Renaldo Sefas, 89

Son xəbərlər

Orphus sistemi