Mahir Emrelinin durumuna aydınlıq gəldi

Mahir Emrelinin durumuna aydınlıq gəldi DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Serbiya komandası ilə oyunda zədələnmiş futbolçumuz Mahir Emreli bu gün tibbi müayinədən keçib
Futbol
31 Mart , 2021 14:44
Mahir Emrelinin durumuna aydınlıq gəldi

DÇ-2022-nin seçmə mərhələsinin Serbiya yığması ilə oyununda zədələnən Azərbaycan millisinin və "Qarabağ"ın futbolçusu Mahir Emreli bu gün tibbi müayinədən keçib.

"Report" Ağdam klubunun rəsmi saytına istinadən xəbər verir ki, yığma həkiminin müşayiəti ilə MRT (Maqnit Rezonans Tomoqrafiya) olunan 24 yaşlı hücumçunun sağ bud nahiyəsində arxa əzələnin 2-ci dərəcəli hissəvi yırtılması aşkarlanıb.

Həkimlərin ilkin diaqnozuna görə, forvard 3 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, Azərbaycan - Serbiya matçı qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Son xəbərlər

Orphus sistemi