Mahir Emrelinin çıxış etdiyi komanda baş məşqçi ilə vidalaşmaq istəyir

Mahir Emrelinin çıxış etdiyi komanda baş məşqçi ilə vidalaşmaq istəyir Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Polşanın "Legiya" klubu baş məşqçisini dəyişməyə hazırlaşır.
Futbol
25 Oktyabr , 2021 09:18
Mahir Emrelinin çıxış etdiyi komanda baş məşqçi ilə vidalaşmaq istəyir
Çeslav Mixneviç

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Polşanın "Legiya" klubu baş məşqçisini dəyişdirməyə hazırlaşır.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, ardıcıl məğlubiyyətlər Çeslav Mixneviçin istefaya göndərilməsinə gətirib çıxaracaq.

51 yaşlı mütəxəssisin rəhbərliklə münasibətləri də qaydasında deyil. Varşava təmsilçisi onun yerinə köməkçisi Pşemislav Maleçkini müvəqqəti baş məşqçi postuna təyin etməyi düşünür.

Qeyd edək ki, “Legiya” 10 oyundan sonra Polşa çempionatında 9 xalla 15-ci pillədə qərarlaşıb. Komanda son olaraq XII turda "Pyast"a 1:4 hesabı ilə uduzub.

Son xəbərlər

Orphus sistemi