Mahir Emrelinin çıxış etdiyi klub federasiyanın qərarına etiraz edib

Mahir Emrelinin çıxış etdiyi klub federasiyanın qərarına etiraz edib Konya təmsilçisi bu barədə rəsmi saytı vasitəsi ilə məlumat yayıb
Futbol
24 Mart , 2023 12:52
Mahir Emrelinin çıxış etdiyi klub federasiyanın qərarına etiraz edib

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi "Konyaspor" klubu Türkiyə Futbol Federasiyasının qərarına etiraz edib.

"Report" xəbər verir ki, Konya təmsilçisi bu barədə rəsmi saytı vasitəsi ilə məlumat yayıb.

Klub İntizam Komitəsi tərəfindən 612 min 500 TL məbləğində cərimələnmələrinə təəccübləndiyini bildirib: "Bunun ədalətdən uzaq olduğu açıq-aydın görünür. Biz bu cəzaları başa düşə bilmirik. Lazımi müraciətimizi Arbitraj Məhkəməsinə təqdim edəcəyik. Sonadək haqlı mübarizəmizi davam etdirəcəyimizə heç kimin şübhəsi olmasın".

Qeyd edək ki, "Konyaspor" Superliqanın XXVI turunda "Qalatasaray"la matçda baş verən insidentlərə görə cərimələnib.

Son xəbərlər

Orphus sistemi