"Qarabağ"ın futbolçusu Mahir Emreli zədələnib.
"Report" xəbər verir ki, 22 yaşlı hücumçu Premyer Liqanın VII turunda "Sabah"la matçın ilk hissəsində xəsarət alıb.
Oyunçunun yerinə meydana 30-cu dəqiqədə Abdullah Zubir daxil olub.
Qeyd edək ki, hazırda ilk hissə oynanılır və "Qarabağ" 1:0 hesabı ilə öndədir. Mahir Emreli Bəhreyn ilə yoldaşlıq matçı və Macarıstanla AVRO-2020-nin seçmə oyunu üçün Azərbaycan millisinə çağırılıb.