Mahir Emreli Zaqreb "Dinamo"sunun heyətində derbidə oynayıb

Mahir Emreli Zaqreb "Dinamo"sunun heyətində derbidə oynayıb Azərbaycan millisinin futbolçusu Mahir Emreli "Dinamo" (Zaqreb) komandasının heyətində Xorvatiya Liqasında növbəti oyununu keçirib.
Futbol
12 Mart , 2022 23:11
Mahir Emreli Zaqreb Dinamosunun heyətində derbidə oynayıb

Azərbaycan millisinin futbolçusu Mahir Emreli "Dinamo" (Zaqreb) komandasının heyətində Xorvatiya Liqasında növbəti oyununu keçirib.

"Report"un məlumatına görə, 25 yaşlı hücumçu XXVII turun "Hayduk"a qarşı prinsipial matçında meydana çıxıb.

Split şəhərindəki "Polyud" stadionunda təşkil olunmuş qarşılaşma bərabərliklə yekunlaşıb - 0:0.

Start heyətində yer alan Emrelinin 41-ci dəqiqədə fərqlənmək üçün yaxşı şansı olsa da, başla zərbəsi dəqiq alınmayıb. O, 56-cı dəqiqədə əvəzlənərək, yerini komanda yoldaşı Marko Toliçə verib.

"Hayduk"un heyətində isə "Neftçi"nin sabiq müdafiəçisi Dario Melnyak sonadək çıxış edib.

Bu nəticədən sonra xalını 54-ə çatdıran "Dinamo" liderliyini qoruyub. "Hayduk" isə 49 xalla 4-cü yerdə gedir.

Son xəbərlər

Orphus sistemi