Mahir Emreli "Legiya"da futbolçulara münasibətdən narahatdır

Mahir Emreli "Legiya"da futbolçulara münasibətdən narahatdır Bu nüanslar forvard üçün vacib amil hesab edilir
Futbol
713
16 May , 2021 10:13
Mahir Emreli Legiyada futbolçulara münasibətdən narahatdır
Mahir Emreli

Azərbaycan millisinin və "Qarabağ"ın futbolçusu Mahir Emreli hazırda Polşanın "Visla" (Plotsk) klubunda çıxış edən Yakub Jezniçakla əlaqə yaradıb.

"Report"un məlumatına görə, 24 yaşlı hücumçu sabiq komanda yoldaşından "Legiya" klubunun oyunçulara necə diqqət göstərdiyini soruşub.

Emreli Jezniçaka "zədə olacağı təqdirdə Varşava təmsilçisi oyunçulara baxırmı və müalicəsi üçün pul verirmi" suallarını ünvanlayıb.

Bu nüansı 24 yaşlı forvard transferi üçün vacib amil hesab edib. Onun narahatlığına əsas da var. Çünki daha əvvəl "Legiya"nın müdafiəçisi Marko Vesoviçin zədələnməsi qalmaqala səbəb olub. Həyat yoldaşı Vesoviçin müalicəsinə klubun lazımi diqqət ayırmadığını iddia edib.

Qeyd edək ki, Yakub Jezniçak 2017 - 2019-cu illərdə Ağdam klubunun formasını geyinib. Mahir Emrelinin mövsümün sonunda "Legiya"ya keçəcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi