Mahir Emreli qol vurub penalti qaçırdı, "Legiya" uduzdu

Mahir Emreli qol vurub penalti qaçırdı, "Legiya" uduzdu Futbol üzrə Polşa Super Kubokunun sahibi müəyyənləşib.
Futbol
18 İyul , 2021 00:18
Mahir Emreli qol vurub penalti qaçırdı, Legiya uduzdu

Futbol üzrə Polşa Super Kubokunun sahibi müəyyənləşib.

"Report"un məlumatına görə, mövsümün ilk titulu uğrunda görüşdə çempion "Legiya" ilə kubokun qalibi "Rakuv" komandaları üz-üzə gəlib. Görüşün əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Azərbaycan millisinin futbolçusu Mahir Emreli "Legiya"nın ehtiyat oyunçular skamyasında yer alıb. O, 58-ci dəqiqədə meydana daxil olub.

10-cu dəqiqədə "Rakuv" Fran Tudorun qolu ilə önə keçib. "Legiya"nın bərabərlik qolunu isə 90+3-cü dəqiqədə Emreli vurub. Bu qol sayəsində oyun əlavə vaxta və penaltilər seriyasınadək uzanıb.

Lakin 11 metrlik zərbələr zamanı "Rakuv" daha dəqiq olub - 4:3. "Legiya"nın penaltilərindən birini Emreli qaçırıb.

Beləliklə, azərbaycanlı hücumçunun yeni komandasında mövsümə titulla başlamaq istəyi gerçəkləşməyib.

Son xəbərlər

Orphus sistemi