Mahir Emreli "Qarabağ"dan ayrılır

Mahir Emreli "Qarabağ"dan ayrılır Bu barədə komandanın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında deyib
Futbol
602
19 May , 2021 23:51
Mahir Emreli Qarabağdan ayrılır
Mahir Emreli

"Qarabağ"ın futbolçusu Mahir Emreli Ağdam klubundan ayrılır.

"Report"un məlumatına görə, bu barədə komandanın baş məşqçisi Qurban Qurbanov "Neftçi"yə 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXVIII tur matçından sonra mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis bildirib ki, 24 yaşlı hücumçunun mövqeyinə yeni oyunçu tapmaq asan olmayacaq.

Qeyd edək ki, "Qarabağ"la müqaviləsi başa çatan Mahir Emrelinin Polşanın "Legiya" klubuna keçəcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi