Mahir Emreli polyak dilini öyrənir

Mahir Emreli polyak dilini öyrənir Azərbaycan millisinin və Polşa "Legiya"sının futbolçusu Mahir Emreli polyak dilini öyrənməyə başlayıb.
Futbol
25 İyun , 2021 18:03
Mahir Emreli polyak dilini öyrənir
Mahir Emreli

Azərbaycan millisinin və Polşa "Legiya"sının futbolçusu Mahir Emreli polyak dilini öyrənməyə başlayıb.

"Report"un məlumatına görə, bu barədə yerli "TVP Sport" nəşri yazıb.

Bildirilib ki, 24 yaşlı hücumçu ölkəyə daha yaxşı uyğunlaşmaq və baş məşqçinin tapşırıqlarını yerinə yetirə bilmək üçün bu fikrə düşüb. Onun tez-tez komanda yoldaşlarından polyak dilində sözlər soruşduğu qeyd olunub.

Xatırladaq ki, Mahir Emreli "Legiya" ilə 3+1 illik müqavilə ilə imzalayıb.

Son xəbərlər

Orphus sistemi