Mahir Emreli gələn həftə Polşa klubu ilə müqavilə imzalayacaq

Mahir Emreli gələn həftə Polşa klubu ilə müqavilə imzalayacaq Bu barədə "Report"a 24 yaşlı hücumçunun agenti Tural Əsgərov məlumat verib
Futbol
5 İyun , 2021 14:17
Mahir Emreli gələn həftə Polşa klubu ilə müqavilə imzalayacaq
Mahir Emreli

Polşanın "Legiya" klubuna keçəcəyi gözlənilən Azərbaycan millisinin futbolçusu Mahir Emreli Varşavaya yola düşüb.

Bu barədə "Report"a 24 yaşlı hücumçunun agenti Tural Əsgərov məlumat verib.

Onun sözlərinə görə, forvard səhər saatlarında Polşaya gedib: "Mahir Emreli tibbi müayinədən keçəcək. Müqavilənin bəzi detalları hələ də müzakirə edilir. Hər şey qaydasında olsa, növbəti həftə rəsmi müqaviləyə imza atacaq".

Sözləşmə müddəti sonradan daha 1 il uzadıla bilməsi şərti ilə 3 il olacaq.

Qeyd edək ki, Mahir Emreli 2015-ci ildən "Qarabağ"ın formasını geyinib. Onun Ağdam təmsilçisi ilə müqaviləsi başa çatıb. Forvard Premyer Liqada ötən mövsüm 18 qolla bombardirlik yarışında ikinci olub.

Son xəbərlər

Orphus sistemi