Mahir Emreli: "Polşa çempionatının səviyyəsi Azərbaycandakından yaxşıdır"

Mahir Emreli: "Polşa çempionatının səviyyəsi Azərbaycandakından yaxşıdır" "Qarşılaşmada bir hücumçunun olub-olmayacağına və ya Tomaş Pekqartla birlikdə meydana çıxacağımızı baş məşqçi müəyyənləşdirəcək. Taktikanı təyin edən odur və buna uyğunlaşmalıyam. Hələ öyrənirəm, bu, mənim üçün asan deyil".
Futbol
25 Avqust , 2021 15:01
Mahir Emreli: Polşa çempionatının səviyyəsi Azərbaycandakından yaxşıdır
Mahir Emreli

"Matçda bir hücumçunun oynayacağına və ya Tomaş Pekqartla birlikdə meydana çıxacağımıza baş məşqçi qərar verəcək. Taktikanı təyin edən odur və buna uyğunlaşmalıyam. Hələ öyrənirəm, bu, mənim üçün asan deyil".

"Report"un məlumatına görə, bu fikirləri Polşanın "Legiya" klubunda çıxış edən Mahir Emreli Varşavada Çexiyanın "Slaviya" (Praqa) komandasına qarşı keçirəcəkləri Avropa Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.

24 yaşlı hücumçu ilk matçda qol vurduqdan sonra Pekqarta yaxınlaşmasına münasibət bildirib: "Oyundan əvvəl bunu edəcəyimi bilmirdim. Reaksiyam emosional alındı. Bu, Tomaş üçün vacib qarşılaşma idi. Onun köhnə klubuna oynamaq istədiyini bilirdim, ayaq biləyi burxulandan sonra üzündəki kədəri gördüm. "Legiya" "Qarabağ"la qarşılaşsa, oynaya bilməsəm, eyni reaksiyanı verərdim".

Azərbaycan millisinin üzvü bir neçə matçda qol vurmadığını xatırladıb: "Bilirəm ki, hücumçu nəsə etməlidir. Bu, mənim üçün ən vacib şey deyil, qələbələr daha önəmlidir. Dünya çempionatı zamanı qol vurmayan, amma sonda Fransa ilə çempion olan Olivye Jirunu nümunə göstərə bilərəm. Düşünürəm ki, bugünkü futbolda forvardın qol vurması o qədər də vacib deyil. Ən başlıcası komandaya bacardığın qədər xeyir verməkdir".

Emreli Polşa çempionatının səviyyəsinin Azərbaycan Premyer Liqasından daha yaxşı olduğunu söyləyib: "Azərbaycanda çempion ola biləcək yalnız bir komanda var idi. Polşada isə bir çox klub bu kuboku qazana bilər. Burada hər oyun çətin keçir. Müdafiəçilər çox güclüdür və onlara qarşı oynamaq çətindir".

Qeyd edək ki, avqustun 26-da keçiriləcək "Legiya" - "Slaviya" oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Çexiyadakı ilk matçda heç-heçə qeydə alınıb - 2:2.

Son xəbərlər

Orphus sistemi