Mahir Emreli penalti antirekorduna şərik oldu

Mahir Emreli penalti antirekorduna şərik oldu Həmin vaxt “Sumqayıt”da oynayan Ağabala Ramazanov hər iki şansı boşa verib
Futbol
16 May , 2021 11:23
Mahir Emreli penalti antirekorduna şərik oldu

“Qarabağ”ın futbolçusu Mahir Emreli Premyer Liqanın 2020/2021 mövsümündə 2-ci dəfə penaltidən yararlana bilməyib.

"Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, XXIV turun “Qəbələ” ilə qarşılaşmasında (5:0) imkanı qaçıran forvard XXVII turun “Keşlə” ilə matçında da (2:0) 11 metrlik nöqtədən xətaya yol verib.

Emreli son 5 mövsümdə ilk oyunçudur ki, çempionat ərzində iki penaltini qaçırır. Belə uğursuzluğa sonuncu dəfə 2015/2016 mövsümündə təsadüf edilib.

Həmin vaxt “Sumqayıt”da oynayan Ağabala Ramazanov hər iki şansı boşa verib.

Ümumiyyətlə, son 10 mövsümdə 6-cı dəfə belə hadisə yaşanıb. Emreli və Ramazanovdan başqa 2011/2012 mövsümündə Flavinyo (“Neftçi”) və Miloş Zeçeviç (“Rəvan”), 2013/2014 mövsümündə Junior Nildo (“Xəzər Lənkəran”), 2014/2015 mövsümündə Nurlan Novruzov (“Bakı) iki 11 metrlik zərbədən yararlanmayıb.

Son xəbərlər

Orphus sistemi