Mahir Emreli: "Motivasiya yüksəkdir"

Mahir Emreli: "Motivasiya yüksəkdir" Polşanın "Legiya" klubu "Krakoviya"ya qarşı keçirəcəkləri Ekstraklasanın XVII tur oyunundan əvvəl Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin fotosunu yayımlayıb.
Futbol
5 Dekabr , 2021 14:57
Mahir Emreli: Motivasiya yüksəkdir

Polşanın "Legiya" klubu "Krakoviya"ya qarşı keçirəcəyi Ekstraklasanın XVII tur oyunundan əvvəl Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin fotosunu yayımlayıb.

"Report"un məlumatına görə, Varşava təmsilçisi instaqram hesabında komandanın bu gün qələbə üçün meydana çıxacağını bildirib.

24 yaşlı hücumçu paylaşıma reaksiya verib. Emreli həmin postu paylaşaraq "Highly motivated" (yüksək motivasiyalı) yazıb.

Qeyd edək ki, bu gün keçiriləcək "Krakoviya" - "Legiya" qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi