Mahir Emreli: "Mən də İbrahimoviç kimi balıq tuturam"

Mahir Emreli: "Mən də İbrahimoviç kimi balıq tuturam" Mən Zlatan İbrahimoviçin hər bir şəklini layk edirəm.
Futbol
349
16 May , 2020 16:55
Mahir Emreli: Mən də İbrahimoviç kimi balıq tuturam

"Mən Zlatan İbrahimoviçin hər bir şəklini "layk" edirəm".

Bu fikirləri “Report”un “Instagram” səhifəsində canlı yayımda Azərbaycan millisinin və "Qarabağ"ın futbolçusu Mahir Emreli deyib.

Hazırda İtaliyanın "Milan" klubunda çıxış edən İbrahimoviç "Instagram"da balıq tutarkən videosunu paylaşıb. Həmin fotonu bəyənənlər arasında Emreli də olub. 

23 yaşlı hücumçu bildirib ki, özünün də bu məşğuliyyətə həvəsi var: "Zaqatalada dayımın süni gölü var. Hər yay ora gedəndə gündə azı 1-2 saat balıq tuturam. Qarmağı atırıq suya, bir də görürük ki, balıq dartır".

Digər məşğuliyyətləri barədə də danışan Emreli "PlayStation"da mərhələ keçilən oyunlar oynamağı xoşladığını söyləyib.

Son xəbərlər

Orphus sistemi