Mahir Emreli "Makkabi"yə qarşı oynayacaqmı?

Mahir Emreli "Makkabi"yə qarşı oynayacaqmı? UEFA Avropa Liqasında I qrupunun ilk turunda İsraildə "Makkabi" (Təl-Əviv) ilə qarşılaşacaq "Qarabağ"ın səfər proqramı müəyyənləşib.
Futbol
1296
19 Oktyabr , 2020 10:53
Mahir Emreli Makkabiyə qarşı oynayacaqmı?
Mahir Emreli
0 : 00
0 : 00

UEFA Avropa Liqasında I qrupunun ilk turunda İsraildə "Makkabi" (Təl-Əviv) ilə qarşılaşacaq "Qarabağ"ın səfər proqramı müəyyənləşib.

Klubun Mətbuat katibi Nurlan İbrahimovun "Report"a verdiyi məlumata görə, komanda matçdan 1 gün öncə - oktyabrın 21-də Bakı vaxtı ilə saat 11:00-da Təl-Əvivə yola düşəcək.

Onun sözlərinə görə, klub səfərə tam heyətlə yollanacaq: "Hazırda Mahir Emreli fərdi reabilitasiya keçir, komanda ilə məşqlərə qoşulmayıb. Onun meydana çıxıb-çıxmayacağı sual altındadır. Amma komanda ilə birlikdə İsrailə yollanacaq".

Qeyd edək ki, oktyabrın 22-də Təl-Əvivdəki "Blumfild" stadionunda baş tutacaq "Makkabi" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Son xəbərlər

Orphus sistemi