Mahir Emreli "Lester"lə oyunda penaltidən yararlana bilməyib

Mahir Emreli "Lester"lə oyunda penaltidən yararlana bilməyib Polşa "Legiya"sının futbolçusu Mahir Emreli İngiltərədə "Lester"ə qarşı keçirdikləri UEFA Avropa Liqasının qrup oyununda qol vurmaq şansını əldən verib.
Futbol
1687
26 Noyabr , 2021 00:31
Mahir Emreli Lesterlə oyunda penaltidən yararlana bilməyib

Polşa "Legiya"sının futbolçusu Mahir Emreli İngiltərədə "Lester"ə qarşı keçirdikləri UEFA Avropa Liqasının qrup oyununda qol şansını əldən verib.

"Report"un məlumatına görə, 24 yaşlı hücumçu 25-ci dəqiqədə penaltidən yararlana bilməyib. Onun zərbəsini meydan sahiblərinin qapıçısı Kasper Şmeyxel dəf edib.

Buna baxmayaraq, qonaqlar epizodun davamında fərqlənə biliblər. Filip Mladenoviç qolkiperin qaytardığı topu təkrar zərbə ilə qapıdan keçirib. Serbiyalı müdafiəçi bu qolla hesab arasındakı fərqi azaldıb - 1:2.

Qeyd edək ki, hazırda qarşılaşmada ilk hissə oynanılır.

Son xəbərlər

Orphus sistemi