Mahir Emreli "Legiya"nın növbəti oyununda iştirak edə biləcək

Mahir Emreli "Legiya"nın növbəti oyununda iştirak edə biləcək "Legiya" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşa çempionatının XI turunda "Lex" (Poznan) komandasına qarşı oyunda iştirak edə biləcək
Futbol
13 Oktyabr , 2021 10:12
Mahir Emreli Legiyanın növbəti oyununda iştirak edə biləcək
Mahir Emreli

"Legiya" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşa çempionatının XI turunda "Lex" (Poznan) komandasına qarşı oyunda iştirak edə biləcək.

"Report" "Onet.pl" nəşrinə istinadən xəbər verir ki, buna 24 yaşlı hücumçunun üçüncü koronavirus testinin neqativ çıxması səbəb olub.

Daha əvvəl AFFA Emrelinin Serbiyaya qarşı DÇ-2022-nin seçmə oyunundan əvvəl ilk testinin müsbət çıxdığını və UEFA-nın tətbiq etdiyi tibbi protokola uyğun olaraq həmin qarşılaşmanı buraxacağını açıqlayıb. Varşava təmsilçisinin Mətbuat xidmətinin rəhbəri İzabela Kruq ikinci testin mənfi olduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, Mahir Emreli Azərbaycan millisinin Serbiyaya 1:3 hesabı ilə uduzduğu matçı tribunadan izləyib. Oktyabrın 17-də keçiriləcək "Legiya" - "Lex" görüşü Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi