Mahir Emreli "Legiya"da növbəti qollarını vurdu

Mahir Emreli "Legiya"da növbəti qollarını vurdu Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşanın "Legiya" klubunun heyətində növbəti qollarını vurub.
Futbol
1485
3 İyul , 2021 14:21
Mahir Emreli Legiyada növbəti qollarını vurdu

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşanın "Legiya" klubunun heyətində növbəti qollarını vurub.

"Report"un məlumatına görə, 24 yaşlı hücumçu "Yagelloniya" ilə yoxlama oyununda dubl edib.

Emreli 11-ci və 22-ci dəqiqələrdə fərqlənib. Hazırda qarşılaşmada ikinci hissə oynanılır və Varşava təmsilçisi 2:0 hesabı ilə öndədir.

Qeyd edək ki, Mahir Emreli daha əvvəl Avstriya "Bişofshofen"ini 5:0 yendikləri matçda het-trikə imza atıb. Forvard Rusiya "Krasnodar"ı ilə bərabərə qaldıqları görüşdə komandasının yeganə qolunun müəllifi olub - 1:1.

Son xəbərlər

Orphus sistemi