Mahir Emreli "Legiya"da növbəti qolunu vurub

Mahir Emreli "Legiya"da növbəti qolunu vurub Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşa "Legiya"sında növbəti qolunu vurub.
Futbol
4256
14 Oktyabr , 2021 20:45
Mahir Emreli Legiyada növbəti qolunu vurub
Mahir Emreli
0 : 00
0 : 00

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşa "Legiya"sında növbəti qolunu vurub.

"Report"un məlumatına görə, 24 yaşlı hücumçu Varşava təmsilçisinin gənclər komandası ilə yoxlama matçında fərqlənib.

Forvard 16-cı dəqiqədə görüşdə hesabı açıb. Onun 24-cü dəqiqədə başla vurduğu topu isə qapıçı çətinliklə dəf edib.

Qarşılaşma əsas komandanın 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Mahir Emreli "Legiya"da rəsmi oyunlarda 10 dəfə rəqib qapılarına yol tapıb.

Son xəbərlər

Orphus sistemi