Mahir Emreli karyerasını İspaniyada davam etdirə bilər

Mahir Emreli karyerasını İspaniyada davam etdirə bilər Qarabağ klubunun futbolçusu Mahir Emreli karyerasını İspaniyada davam etdirə bilər.
Futbol
30 İyul , 2019 12:10
Mahir Emreli karyerasını İspaniyada davam etdirə bilər

"Qarabağ" klubunun futbolçusu Mahir Emreli karyerasını İspaniyada davam etdirə bilər.

"Report" "Besoccer"ə istinadən xəbər verir ki, ölkənin səviyyəcə ikinci liqasında çıxış edən bir neçə komanda 22 yaşlı hücumçu ilə maraqlanır. Bildirilir ki, Azərbaycan millisinin üzvü 2017/2018 mövsümündə Çempionlar Liqasının qrup mərhələsində "Atletiko" ilə görüşlərdə öz keyfiyyətini göstərib.

Oyunçu "Bakı"nın heyətində olarkən "Atletiko"nun baş məşqçisi Dieqo Simeone və Madrid təmsilçisinin bir neçə oyunçusu ilə işləyib. Həmin vaxt "Bakı"nın gənc futbolçuları İspaniya klubunun düşərgəsində qısamüddətli təcrübə keçiblər.

Xəbərdə vurğulanır ki, Emrelinin İspaniyada oynamaq fürsəti yaranıb və o, Liqa 1/2/3-də özünü göstərməyə çalışmalıdır. 

Qeyd edək ki, Mahir Emreli 2018/2019 mövsümündə Azərbaycan Premyer Liqasında 16 qolla bombardir olub. 

Son xəbərlər

Orphus sistemi