Mahir Emreli: "İnanıram ki, sabah qol tilsimini qıracağam"

Mahir Emreli: "İnanıram ki, sabah qol tilsimini qıracağam" "Zəfər Günü münasibətilə xalqımızı təbrik edirəm. Millidə uzun müddət qol vurmmamğım məni narahat edir. Amma bu, mənim istəyimdən asılı deyil. İnanın ki, bunu hamıdan çox özüm gözləyirəm. İnanıram ki, sabah tilsimi qıracağam".
Futbol
10 Noyabr , 2021 17:38
Mahir Emreli: İnanıram ki, sabah qol tilsimini qıracağam
Mahir Emreli
0 : 00
0 : 00

"Zəfər Günü münasibətilə xalqımızı təbrik edirəm".

"Report"un məlumatına görə, bu fikirləri Azərbaycan millisinin futbolçusu Mahir Emreli Bakıda Lüksemburqa qarşı keçirəcəkləri 2022-ci il dünya çempionatının seçmə oyunundan öncə mətbuat konfransında deyib.

24 yaşlı hücumçu bildirib ki, yığmada uzun müddət qol vurmamağı onu narahat edir: "Amma bu, mənim istəyimdən asılı deyil. Bunu hamıdan çox özüm gözləyirəm. İnanıram ki, sabah tilsimi qıracağam".

Qeyd edək ki, noyabrın 11-də Bakı Olimpiya Stadionunda oynanılacaq Azərbaycan - Lüksemburq matçı saat 21:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi