Mahir Emreli ilə birlikdə döyülmüş futbolçu ABŞ klubuna keçib

Mahir Emreli ilə birlikdə döyülmüş futbolçu ABŞ klubuna keçib Polşa "Legiya"sında Mahir Emreli ilə birlikdə azarkeşlərin hücumuna məruz qalmış braziliyalı futbolçu Lukinyas ABŞ-ın "Nyu-York Red Bulls" klubuna keçib.
Futbol
16 fevral 2022 17:20
Mahir Emreli ilə birlikdə döyülmüş futbolçu ABŞ klubuna keçib

Polşa "Legiya"sında Mahir Emreli ilə birlikdə azarkeşlərin hücumuna məruz qalmış braziliyalı futbolçu Lukinyas ABŞ-ın "Nyu-York Red Bulls" klubuna keçib.

"Report" MLS təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 26 yaşlı hücumçu ilə 3 illik müqavilə imzalanıb. Anlaşmaya əsasən, sözləşmə müddəti sonradan uzadıla bilər.

Qeyd edək ki, 2021-ci il dekabrın 12-də "Legiya" Plotsk "Visla"sı ilə Ekstraklasanın XVIII tur oyunundan qayıtdığı vaxt azarkeşlər komandanın avtobusuna soxulublar. Onlar Mahir Emreli və Lukinyası döyüblər. Nəticədə Emreli klubdan ayrılmağı qərara alıb və Xorvatiyanın "Dinamo" (Zaqreb) klubuna keçib.

Son xəbərlər

Orphus sistemi