Mahir Emreli hücuma məruz qaldığı üçün "Legiya"dan ayrılmağa qərar verib

Mahir Emreli hücuma məruz qaldığı üçün "Legiya"dan ayrılmağa qərar verib Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşanın "Legiya" klubundan ayrılmaq istəyir.
Futbol
3981
14 Dekabr , 2021 09:14
Mahir Emreli hücuma məruz qaldığı üçün Legiyadan ayrılmağa qərar verib
Mahir Emreli

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşanın "Legiya" klubundan ayrılmaq istəyir.

"Report" "Sportfakty" saytına istinadən xəbər verir ki, 24 yaşlı hücumçu Plotsk "Visla"sına 0:1 hesabı ilə uduzduqları Ekstraklasanın XVIII tur oyunundan sonra azarkeşlərin hücumuna məruz qaldığı üçün bu addımı atmağı qərara gəlib.

Forvard müqaviləni ləğv etmə variantının nə qədər olduğunu öyrənmək üçün vəkillərlə əlaqə də saxlayıb. O, tibbi müayinədən keçmək üçün xəstəxanaya da yollanıb.

Emrelinin növbəti tur "Zaqlembe" ilə matçda iştirakı gözlənilmir.

Qeyd edək ki, fanatlar "Visla" ilə görüşdən sonra "Legiya"nın futbolçularına hücum edib. Nəticədə Mahir Emreli komanda yoldaşı Lukinyasla birlikdə xəsarət alıb.

Son xəbərlər

Orphus sistemi