Mahir Emreli: "Hisslərimi sözlə ifadə edə bilmirəm"

Mahir Emreli: "Hisslərimi sözlə ifadə edə bilmirəm" "Düzgün danışa və hisslərimi sözlə ifadə edə bilmirəm. Çox emosional qarşılaşma oldu. Daha əvvəl Çempionlar Liqası və Avropa Liqasında oynamışam, amma bu, xüsusi bir şeydir".
Futbol
3203
27 Avqust , 2021 09:00
Mahir Emreli: Hisslərimi sözlə ifadə edə bilmirəm

"Düzgün danışa və hisslərimi sözlə ifadə edə bilmirəm. Çox emosional qarşılaşma alındı. Daha əvvəl Çempionlar Liqası və Avropa Liqasında oynamışam, amma bu, xüsusi bir şeydir".

"Report"un məlumatına görə, bu fikirləri Polşanın "Legiya" klubunda çıxış edən Mahir Emreli evdə Çexiyanın "Slaviya" (Praqa) komandasını 2:1 hesabı ilə məğlub etdikləri Avropa Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra deyib.

Varşava təmsilçisinin hər iki qoluna imza 24 yaşlı hücumçu görüş ərzində əllərinə düşən şanslardan yararlandıqlarını bildirib: "Özümü əsas qəhrəman kimi hiss edirəmmi? Xeyr. Futbol kollektiv oyunudur. Komanda şəklində mübarizə apardıq və qrupa yüksəldiyimiz üçün xoşbəxtik. Bir-birimizə dəstək olmasaydıq, bu qolları vura bilməzdim".

Emreli çətin rəqiblərlə oynamağa öyrəşdiklərini sözlərinə əlavə edib: "Ən yaxşı komandalarla oynamaq istəyirik. Çoxlu təcrübə toplayırıq. Amma kiminlə oynayacağımızı heç vaxt düşünmürəm. Bu, elə də vacib deyil".

Qeyd edək ki, Çexiyadakı ilk matç heç-heçə yekunlaşıb - 1:1.

Son xəbərlər

Orphus sistemi