Azərbaycan millisinin futbolçusu Mahir Emreli Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunda növbəti oyununu keçirib.
"Report"un məlumatına görə, 25 yaşlı hücumçu səfərdə "Hayduk"a qarşı keçirilən I Liqanın 9-cu turundan təxirə salınmış görüşün iştirakçısı olub. Derbi matçına start heyətində çıxan forvard sonadək meydanda qalıb.
Qarşılaşma Zaqreb təmsilçisinin minimal hesablı məğlubiyyəti ilə başa çatıb. Yeganə qolu 63-cü dəqiqədə Nikola Kaliniç vurub.
Bu nəticədən sonra 66 xalı olan "Dinamo" zirvədəki yerini qoruyub. Xallarını 62-yə çatıdran "Hayduk" isə 3-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, Mahir Emreli "Dinamo"nun heyətində 2 qol vurub.