Mahir Emreli bu gün Polşada ilk titulunu qazana bilər

Mahir Emreli bu gün Polşada ilk titulunu qazana bilər Azərbaycan millisinin və Polşa "Legiya"sının futbolçusu Mahir Emreli bu gün yeni komandasında ilk titulunu qazana bilər.
Futbol
17 İyul , 2021 10:04
Mahir Emreli bu gün Polşada ilk titulunu qazana bilər
Mahir Emreli

Azərbaycan millisinin futbolçusu Mahir Emreli bu gün Polşa "Legiya"sında ilk titulunu qazana bilər.

"Report"un məlumatına görə, ötən mövsümün çempionu Polşa Super Kuboku uğrunda oyuna çıxacaq. Rəqib ölkə kubokunu qazanmış "Rakuv" olacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Qeyd edək ki, 24 yaşlı hücumçu "Legiya"nın heyətində keçirdiyi 2 rəsmi oyunda eyni sayda qol vurub və bir məhsuldar ötürmə edib. Hər iki qarşılaşma Çempionlar Liqasının I təsnifat mərhələsinə təsadüf edib.

Son xəbərlər

Orphus sistemi