Mahir Emreli "Legiya"nı Avropa Liqasının qrup mərhələsinə çıxarıb

Mahir Emreli "Legiya"nı Avropa Liqasının qrup mərhələsinə çıxarıb Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşa "Legiya"sının heyətində növbəti qolunu vurub.
Futbol
5222
27 Avqust , 2021 00:52
Mahir Emreli Legiyanı Avropa Liqasının qrup mərhələsinə çıxarıb
Mahir Emreli

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Polşa "Legiya"sı Avropa Liqasının qrupuna yüksəlib.

"Report"un məlumatına görə, Varşava təmsilçisi pley-off mərhələsinin cavab görüşündə Çexiyanın "Slaviya" (Praqa) komandasını qəbul edib.

Matça start heyətdə başlayan Emreli komandası 0:1 hesabı ilə geridə olduğu vaxt 59-cu və 70-ci dəqiqələrdə fərqlənməklə komandasına qələbə qazandırıb - 2:1. 80-ci dəqiqədə isə o, yerini Ernest Muçiyə verib.

Praqadakı ilk görüş 1:1 hesablı heç-heçə ilə yükenlaşmışdı. Həmin oyunda da Polşa klubunun yeganə qolunu məhz Emreli vurub. Beləliklə, "Legiya" "Slaviya"nı iki oyunun yekununda üstələyib. Mahir Emreli isə iki oyunda üst-üstə 3 qol, avrokuboklarda isə ümumilikdə 5 qol vurub.

00:39

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşa "Legiya"sının heyətində növbəti qolunu vurub.

"Report"un məlumatına görə, 24 yaşlı hücumçu evdə Çexiyanın "Slaviya" (Praqa) komandası ilə Avropa Liqasının pley-off mərhələsinin cavab görüşündə dubl edib.

O, 70-ci dəqiqədə fərqlənərək, Varşava təmsilçisini hesabda önə keçirib - 2:1. Bundan 10 dəqiqə sonra isə Emreli meydanı tərk edərək, yerini Ernest Muçiyə verib.

Qeyd edək ki, bu, Mahir Emrelinin "Legiya"nın heyətində avrokuboklarda 5-ci qoludur.

00:19

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşa "Legiya"sının heyətində növbəti qolunu vurub.

"Report"un məlumatına görə, 24 yaşlı hücumçu evdə Çexiyanın "Slaviya" (Praqa) komandası ilə Avropa Liqasının pley-off mərhələsinin cavab görüşündə fərqlənib.

O, 59-cu dəqiqədə komandasının bərabərlik qolunu vurub - 1:1.

Son xəbərlər

Orphus sistemi