Madrid klubu "Barselona"ya məğlub olacağı halda baş məşqçisi ilə vidalaşacaq

Madrid klubu "Barselona"ya məğlub olacağı halda baş məşqçisi ilə vidalaşacaq Bakı. 9 mart. REPORT.AZ/ İspaniyanın Rayo Valekano futbol komandası baş məşqçisi Miçel Sançes Munozla yollarını ayıra bilər.
Futbol
9 Mart , 2019 12:09
Madrid klubu Barselonaya məğlub olacağı halda baş məşqçisi ilə vidalaşacaq

Bakı. 9 mart. REPORT.AZ/ İspaniyanın "Rayo Valekano" futbol komandası baş məşqçisi Miçel Sançes Munozla yollarını ayıra bilər. 

"Report" "Marca"ya istinadən xəbər verir ki, bu, Madrid təmsilçisinin La Liqanın XXVII turunda səfərdə "Barselona"ya məğlub olacağı təqdirdə reallaşacaq. 

Belə olacağı təqdirdə 44 yaşlı mütəxəssisi digər ispan məşqçi Xulio Velaskes əvəzləyəcək. 

Qeyd edək ki, "Rayo Valekano" hazırda turnir cədvəlində 23 xalla 19-cu pillədə qərarlaşıb. "Barselona" - "Rayo Valekano" matçı bu gün Bakı vaxtı ilə saat 21:30-da başlayacaq. "Barselona" isə 60 xalla birinci yerdədir. 

Son xəbərlər

Orphus sistemi