Madaqaskar ordusu Tanzaniya yığmasının qaldığı hotelə basqın edib

Madaqaskar ordusu Tanzaniya yığmasının qaldığı hotelə basqın edib Madaqaskar ordusunun əsgərləri Tanzaniya milli komandasının oyunçularının olduğu hotelə basqın edib.
Futbol
17 Noyabr , 2021 12:31
Madaqaskar ordusu Tanzaniya yığmasının qaldığı hotelə basqın edib

Madaqaskar ordusunun əsgərləri Tanzaniya milli komandasının oyunçularının olduğu hotelə basqın edib.

"Report"un məlumatına görə, buna qonaq komandanın heyətində koronavirusa yoluxan oyunçuların olması səbəb göstərilib. Həmin futbolçular Aişi Salum Manula, Alli Samatta və Bakari Mvamnyetdir.

Məsələ ilə bağlı açıqlama verən Tanzaniya Futbol Federasiyası əsgərlərin oyunçuların qapısı önündə durduqlarını bildirib.

Qeyd edək ki, hadisə iki ölkə yığmaları arasında keçirilmiş dünya çempionatının seçmə oyunundan sonra baş verib.

Son xəbərlər

Orphus sistemi