Macarıstan yığmasının baş məşqçisi Yurçeviçi mətbuat konfransında 10 dəqiqəyədək gözləyib

Macarıstan yığmasının baş məşqçisi Yurçeviçi mətbuat konfransında 10 dəqiqəyədək gözləyib Macarıstan yığması ilə AVRO-2020-nin seçmə qrup matçından sonra Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviçin keçirdiyi mətbuat konfransı zamanı qeyri-adi olay baş verib.
Futbol
200
13 Oktyabr , 2019 23:01
Macarıstan yığmasının baş məşqçisi Yurçeviçi mətbuat konfransında 10 dəqiqəyədək gözləyib

Macarıstan yığması ilə AVRO-2020-nin seçmə qrup matçından sonra Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviçin keçirdiyi mətbuat konfransı zamanı qeyri-adi olay baş verib.

"Report"un oyuna ezam olunmuş əməkdaşı xəbər verir ki, yerli komandanın baş məşqçisi Marko Rossi xorvatiyalı həmkarını 10 dəqiqəyədək gözləməli olub. O, konfrans zalına daxil olduğu vaxt Yurçeviç jurnalistlər qarşısında olub. Macarıstan millisinin nümayəndəsi UEFA-nın məsul rəsmisindən xorvatiyalı mütəxəssisin mətbuat konfransını tezliklə bitirməsini xahiş edib. O, Rossinin zalda gözlədiyini səbəb göstərib. Avropa futbol qurumunun nümayəndəsi isə tələsməməyi məsləhət görüb.

Rossi isə mətbuat konfransına italyanca başlasa da, sonradan azərbaycanlı jurnalistləri nəzərə alaraq, çıxışına ingiliscə davam edib.

Qeyd edək ki, matç Macarıstanın qələbəsi ilə yekunlaşıb - 1:0.

Uzatma dəqiqələrində Azərbaycan millisi təmiz qol vursa da, referi əllə oyuna işarə edərək, saymayıb.

Son xəbərlər

Orphus sistemi