Şotlandiya millisinin baş məşqçisi: Almaniya ilə oyunu unutmalıyıq, çox ağır gecə idi

Şotlandiya millisinin baş məşqçisi: Almaniya ilə oyunu unutmalıyıq, çox ağır gecə idi Almaniya ilə oyunu unutmalıyıq, çox ağır gecə idi.
Futbol
20 İyun , 2024 01:51
Şotlandiya millisinin baş məşqçisi: Almaniya ilə oyunu unutmalıyıq, çox ağır gecə idi

Almaniya ilə oyunu unutmalıyıq, çox ağır gecə idi.

"Report" xəbər verir ki, bunu Şotlandiya millisinin baş məşqçisi Stiv Klark İsveçrə ilə keçirilən AVRO-2024-ün qrup mərhələsinin II turunun oyunundan sonra mətbuat konfransında deyib.

59 yaşlı mütəxəssis ilk oyundan fərqi olaraq ikinci matçda yaxşı çıxış etdiklərini bildirib: "Öz oyunumuzu göstərə biləndə yaxşı kollektivə çevrilirik. Almaniya ilə oyunu unutmalıyıq, çox ağır gecə idi. Bu gün hücuma keçmək, top qovmaq və rəqibin cərimə meydançasında təhlükə yaratmaq əzmindəydik. İsveçrə çox yaxşı komandadır".

Qeyd edək ki, Almaniyada təşkil olunan AVRO-2024-ün A qrupunun matçında Şotlandiya İsveçrə yığması ilə heç-heçə edib - 1:1.

Son xəbərlər

Orphus sistemi