Macarıstan millisinin baş məşqçisi: Almaniya Avropa çempionatının ən böyük favoritidir

Macarıstan millisinin baş məşqçisi: Almaniya Avropa çempionatının ən böyük favoritidir Almaniya bu turnirin ən böyük favoritidir.
Futbol
19 İyun , 2024 23:36
Macarıstan millisinin baş məşqçisi: Almaniya Avropa çempionatının ən böyük favoritidir

Almaniya bu turnirin ən böyük favoritidir.

"Report" xəbər verir ki, bunu Macarıstan millisinin baş məşqçisi Marko Rossi Almaniya ilə keçirilən AVRO-2024-ün qrup mərhələsinin II turunun oyunundan sonra mətbuat konfransında deyib.

59 yaşlı mütəxəssis oyun ərzində bir çox səhvlərə yol verdiklərini söyləyib: "Futbol səhvsiz olmur, biz də Almaniya ilə matçda bunu etdik. Almaniya kimi komandalar çox güclü oyun sərgiləyirlər. Belə yığmalara uduzmaq qəbahət sayılmamalıdır. Onların dünya səviyyəli futbolçuları var. Bizim də oyun boyu şanslarımız oldu, lakin yararlana bilmədik. Almaniya bu turnirin ən böyük favoritidir".

Qeyd edək ki, A qrupunun matçında Macarıstan Almaniya yığmasına 0:2 hesabı ilə məğlub olub.

Son xəbərlər

Orphus sistemi